BP şirkəti Xəzərin Azərbaycan sektorunda D230 perspektiv blokunda 3D-seysmik tədqiqatları başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətin mətbuat xidmətindən məlumat verilir.
“2019-cu il dekabrın sonunda D230 blokunda başlanmış 3D-seysmik tədqiqat proqramı martın 14-də başa çatıb.“CaspianGeophysical” şirkəti işlərin podratçısı qismində çıxış edib. 3D-seysmik tədqiqatlar təhlükəsiz və qrafikə uyğun aparılıb”, - şirkətdən bildirilib.
BP-nin məlumatına görə, növbəti mərhələdə əldə edilmiş məlumatlar emal ediləcək.
“Bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq biz D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci il ərzində başlamaq niyyətindəyik. D230 perspektiv blokunda 3D-seysmik tədqiqatlar ixtisaslaşmış “Gilavar” gəmisi vasitəsilə həyata keçirilib», - şirkətdən qeyd olunub.
Öncə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns qeyd edib ki, şirkət D230 blokunda neftin aşkar olunmasına ümid edir. O, bildirib ki, BP-nin D230 blokuna dair böyük gözləntiləri var. “Kəşfiyyat işlərinin uğurlu nəticələri halında burada “ikinci Azəri-Çıraq-Günəşli (AÇG) açıla bilər”, - o vurğulayıb.
SOCAR və BP arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında” saziş 2018-ci il aprelin 26-da imzalanıb. Saziş 2018-ci il oktyabrın 12-də parlamentdə ratifikasiya edilib, noyabrın 13-də isə qüvvəyə minib.
BP 50% iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator kimi çıxış edəcək. İştirak payının digər 50%-i isə SOCAR-a məxsusdur.
BP və və SOCAR 2019-cu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunda seysmik tədqiqatlara başlamağı planlaşdırır. 2019-2020-ci illərdə aparılması nəzərdə tutulan seysmik tədqiqatlar 6 ay davam edəcək. Məqsəd Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.
Seysmik tədqiqatın 100-800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir. Seysmik kəşfiyyat işlərinin yekunları üzrə kəşfiyyat qazma işləri üçün məqsədlər müəyyənləşdiriləcək.
Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, işlənilmə və hasilat. Sazişin qüvvəyə mindiyi andan 24 ayı əhatə edəcək birinci mərhələ çərçivəsində BP (podratçı) müqavilə sahəsində seysmik tədqiqatlar aparmalı, seysmik məlumatların işlənməsi və interpretasiyasını həyata keçirməlidir. Əgər şirkət bu dövr ərzində perspektivli strukturlar aşkar edərsə, o zaman 3 sahəyədək seçim etmək və ikinci mərhələyə keçmək hüququna malikdir.
İkinci mərhələnin reallaşdırılması müddəti 3 il təşkil edəcək. Bu dövr ərzində BP seçilən strukturlarda mehəndis-geoloji tədqiqatlar həyata keçirməli və bu işlərin ətraf mühitə təsirinə dair hesabat tərtib etməlidir.
Əgər podratçı bu dövrdə kommersiya baxımından qiymətli ehtiyatlar aşkar edə və SOCAR-ı məlumatlandırarsa, 6 ay ərzində həmin yataqların işlənilməsi proqramını hazırlamalıdır. Bundan sonra işlənilmə mərhələsinə başlamalıdır. Lakin BP 48 ay ərzində blokdan sənaye hasilatına başlanılması məqsədilə bütün zəruri işləri həyata keçirməlidir.
Müqavilə ərazisinin sahəsi 3197 kvadratmetr təşkil edir. Burada indiyədək kəşfiyyat işləri aparılmayıb. Məhsuldar layların dərinliyi 3000-3500 metrdir. SOCAR neft ehtiyatlarının aşkarlanması baxımından D230 blokunu perspektivli hesab edir.
Hazırda AÇG bloku Azərbaycanda ən iri neft yatağıdır. 2019-cu ildə AÇG-dan 26 mln. ton neft hasil olunub. **
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət