2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 190 mln. 744,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 43,6% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 123 mln. 466,4 min manat (artım 18,8%) və ya bazar üzrə bütün sığorta haqlarının 64,7%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 33 mln. 38,9 min manat (artım 33,2%), qeyri-həyat sığortası üzrə sığorta haqları 90 mln. 427,5 min manat (artım 14,2%) təşkil edib.
Yanvar-fevral aylarında icbari sığorta növləri üzrə sığorta haqları 67 mln. 277,9 min manat (artım 33,1%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (57 mln. 258,1 min manat), həyatın yaşam sığortası (26 mln. 261,4 min manat) və hərbi qulluqçularının dövlət icbarişəxsisığortası (17 mln. 426 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Ümumilikdə, bu üç sığorta növü üzrə haqlar hesabat dövründə sığortaçıların daxilolmalarının 52,9%-ni təşkil edib.
Cari ilin 2 ayı ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 49 mln. 293,8 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 48,9% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 34 mln. 198,4 min manat (artım 60,3%) və ya bazar üzrə bütün ödənişlərin 69,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 20 mln. 865,7 min manat (artım 77,6%), qeyri-həyat sığortası üzrə ödənişlər 13 mln. 332,7 min manat (artım 39,1%) məbləğində olub.
Yanvar-fevral aylarında icbari sığorta növləri üzrə ödənişlər 15 mln. 95,4 min manat (artım 28,2%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (20 mln. 638,6 min manat), AVSMMİS (12 mln. 477,6 min manat) və könüllü tibbi sığorta (8 mln. 746,2 min manat) üzrə daha çox ödəniş ediblər.
2020-ci ilin fevral ayının əvvəlinə Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət