Azərbaycan 2020-ci ildə neft hasilatı planlarını dəyişmək niyyətində deyil. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“Aprelin1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır.OPEC+ ölkələri üzrə gündəlik neft hasilatının1,7mln barrel azaldılması ilə bağlı 2019-cu ilin dekabrın 6-da imzalanan “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır. Azərbaycan neft istehsalını2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək”, - nazirlikdən qeyd ediblər.
Nazirlikdən dəqiqləşdirilib ki, hələlik Azərbaycanda hasilatın artırılması və azaldılması planlaşdırılmır.
Məlumata görə, 2020-ci ilin yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı, təxminən754min barrel təşkil edib.
“Azərbaycan bu müddət ərzində “Əməkdaşlıq Bəyannaməsi” üzrəöhdəliyini tam yerinə yetirib. Eyni zamanda, Azərbaycan qlobal neft bazarının sabitləşdirilməsinin tərəfdarıdır və bu məqsədlə “OPEC plus” ölkələri arasında uzlaşmanın əldə edilməsi üçün mart ayında aparılan məsləhətləşmələr prosesində yaxından iştirak edib. Bundan sonra da Azərbaycan OPEC+ formatında əməkdaşlığını neft istehsal edən ölkələr arasında Xartiya çərçivəsində davam etdirəcək”, - nazirlikdən bildriblər.
Xəbər verildiyi kimi, Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib ki, Azərbaycan OPEC+ ölkələrinin nazirlər iclasında (martın 6-da - İF) neft hasilatının əlavə gündəlik 1,5 milyon barrel azalması ilə hasilatın məhdudlaşdırılması üzrə sazişin 2020-ci ilin sonunadək uzadılmasının tərəfdarı olub.
OPEC ölkələrinin növbəti iclası iyun ayında keçiriləcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət