Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “seçkilər”i pisləyən beynəlxalq təşkilatlara minnətdarlığını bildirir.
“Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilərin” keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz mövqeyini ifadə edib. Bu məsələ ilə bağlı təcavüzkar ölkə olan Ermənistan XİN-in bəyanatı ilə tanış olarkən istər-istəməz, qəhrəmanı öz xəyal və təxəyyül dünyasına düşən “Alisa Güzgü arxasında” nağılı yada düşür. Reallıqda isə həqiqət tamamilə fərqlidir və beynəlxalq ictimaiyyətə yaxşı bəllidir”, - XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın bəyanatında deyilir.
Onun sözlərinə görə, bu ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan Respublikası tərəfindən təşkil edilmiş qanunsuz “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi.
Seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq standartların, o cümlədən ATƏT-in tələblərinə uyğun olaraq, hər hansı ölkədə keçirilən seçki həmin dövlətin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq keçirilməlidir. Ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını pozur və bu baxımdan hər hansı hüquqi qüvvəsi yoxdur.
“Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, GUAM, Türk Şurası, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, çoxsaylı dövlətlər bu qondarma “seçkiləri” pisləyən və onların hər hansı hüquqi əsasının olmadığını vurğulayan bəyanatlarla çıxış etdilər. Bu təşkilatların və dövlətlərin hər birinə öz prinsipial mövqelərini bir daha ifadə etdiklərinə və Ermənistana “ərazilərin zor gücünə əldə edilməsi legitim ola bilməz; torpaqların işğalı beynəlxalq tanınma əldə etmək və ya hüquqi statusun dəyişdirilməsini qəbul etdirmək üçün istifadə oluna bilməz” ismarışını verdiyinə görə təşəkkür edirik”, - Abdullayeva vurğulayıb.
O təəssüflə bildirir ki, Ermənistan hələ də dərk etmir ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı onun arzu etdiyi siyasi nəticəni verməyəcək. “Dağlıq Qarabağda uydurma “seçkiləri” təşkil etməklə və bu ximeraya öz büdcəsindən heç də az olmayan maliyyə sərf etməklə Ermənistan nə əldə etdi? Hələ də davam edən hərbi işğal və etnik təmizləmənin mövcudluğu şəraitində “demokratiya”dan dəm vurmaq insuniasiya və özünü aldatmaqdan başqa bir şey deyildir. Yeri gəlmişkən, Ermənistan XİN-in Dağlıq Qarabağdakı qondarma “seçkilərlə” bağlı ayrıca bəyanatla çıxış etməsi faktı bir daha, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etməsinə ehtiyac olmadığını sübut edir”, - o vurğulayıb. **
A.Əzizov
SOCAR “Tengiz” yatağından Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan ilə tranzitinə başlayıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək