2019-cu ilin yekunları üzrə “PAŞA Həyat Sığorta” şirkətinin xalis mənfəəti 32 mln. 13 min 215,22 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2018-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 21 mln. 260 min 146,9 manat təşkil edib. Beləliklə, 2019-cu ildə “ PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 50,6% artıb.
Şirkətin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2019-cu ildə şirkətin gəlirləri 196 mln. 978 min 276,72 manat, sığorta haqları 212 mln. 43,636 min manat (2018-ci illə müqayisədə azalma 19,9% - İF), investisiya gəlirləri 24 mln. 962,844 min manat təşkil edir. Eyni zamanda, ötən il şirkətin mənfi xalis sığorta ehtiyatları 40 mln. 359,789 min manat (nəticədə şirkətin gəlirləri bir qədər azalıb) təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 156 mln. 742 min 91,78 manat, sığorta ödənişlərinin həcmi 99 mln. 505,084 min manat (2018-ci illə müqayisədə artım 40,1% - İF), sığorta işinin aparılması xərcləri 51 mln. 351,158 min manat həcmində olub, qalan xərcləri digər maddələr təşkil edib.
Hesabat ilinin yekunları üzrə “PAŞA Həyat Sığorta” şirkətinin vergi ödənilənədək mənfəəti 40 mln. 361 min 184,94 manat, mənfəət vergisi üzrə ödənişləri 8 mln. 222 min 969,72 manat təşkil edib.
2019-cu ildə şirkətin aktivləri 15,4% - 400 mln. 125,742 min manata qədər, öhdəlikləri 14,7% – 327 mln. 207,514 min manata qədər, kapitalı 18,4% - 72 mln. 918,229 min manata qədər artıb.
Hesabat ilində şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 49,1% - 153 mln. 926,207 min manatadək artıb.
“PAŞA Həyat Sığorta” şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Şirkət sığorta haqları yığımı və həyata keçirilən ödənişlərin həcminə görə bazarda liderdir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət