Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə və əhaliyə maliyyə dəstəyinin göstərilməsinə dair Tədbirlər Planını təsdiq edib.
Nazirlər Kabinetinin saytında dərc olunmuş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq.
Bundan başqa, 300 minə yaxın sahibkarlıq subyektinin dəstəklənməsinə 80 milyon manat yönəldiləcək.
2020-ci ilin aprel ayı ərzində sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi üçün dövlət büdcəsindən 115 milyon manat yönəldiləcək.
Plana əsasən, 2020-ci il ərzində sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi üçün dövlət büdcəsindən 280 milyon manat, güzəştli ipoteka kreditlərinin verilməsi üçün aprel ayında əlavə 90 milyon manat, aprel-may aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna əlavə 50 milyon manat, aprel ayı ərzində sahibkarlıq subyektlərinin bank kreditləri üzrə faiz ödənişlərinin subsidiyalaşdırılmasına 20 milyon manat ayrılacaq.
Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlərə 30 milyon manat yönəldiləcək. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 min nəfərə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək. Bu məqsədlərə 70 milyon manat yönəldiləcək.
Kommunal xidmətlərlə (elektrik enerjisi) bağlı əhaliyə güzəştlərin verilməsi üçün dövlət büdcəsindən 10 milyon manat, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat ayrılacaq.
Bütövlükdə, yuxarıda qeyd olunan bütün tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat (cari məzənnə ilə $588,2 milyon) ayrılacaq.
Bundan başqa, aprel-dekabr aylarında özünüməşğulluq proqramının genişləndirilməsi (əlavə 11 min nəfəri əhatə edəcək) üçün İşsizlikdən Sığorta Fondundan daha 70 milyon manat, işsizlikdən sığorta sisteminin genişləndirilməsi (əlavə 20 min nəfəri əhatə edəcək) üçün bu fonddan 20 milyon manat ayrılacaq.
Beləliklə, proqramda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən və digər mənbələrdən ümumilikdə 1 milyard 90 milyon manat (cari məzənnə ilə $641,2 milyon) ayrılacaq.
Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat (cari məzənnə ilə $588,2 milyon) ayrılacaq.
Bu vəsait yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.*
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət