Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda aprel ayı ərzində karantin rejimi müddətində banklara requlyativ tətillər veriləcək.
Bu tədbir Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və koronavirusdan zərər çəkmiş sahibkarlıq subyektlərinə və əhaliyə dəstəyin göstərilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.
Requlyativ tətillərin verilməsində məqsəd pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsindən ibarətdir.
Plana əsasən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Mərkəzi Bankı aprel ayı ərzində yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsini hazırlamalıdır.
Mərkəzi Banka 2020-ci il ərzində monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi, kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsini həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda aprelin 20-dək xüsusi karantin rejimi tətbiq olunub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət