Ölkəmizdə nağdsız ödənişlərin inkişafına daim böyük önəm verən Bank Respublika, bu istiqamətdə daha bir mühüm addım atdı.
Bank, NFC (Near Field Communication) texnologiyası üzərindən daha rahat və sürətli təmassız ödənişlərin tətbiqinə başlayıb. Artıq bankın müştəriləri alış-veriş zamanı ödənişləri sadəcə smartfonları vasitəsilə həyata keçirə biləcəklər. Bunun üçün “Mobil Şöbə” əlavəsini smartfona yükləmək, Bank Respublikaya aid hər hansı VISA kartı üçün bir kliklə NFC-ni aktiv etmək və onu dərhal POS terminalda ödənişlər üçün istifadə etmək kifayətdir.
Bununla da, kartlarında təmassız ödəniş imkanı olmayan kart sahibləri belə, NFC texnologiyası vasitəsilə, kart üçün xüsusi rəqəmsal nömrəni (token) aktivləşdirərək təmassız ödənişlər həyata keçirə biləcəklər. Xüsusən vurğulamaq lazımdır ki, Bank Respublikanın “Mobil Şöbə”istifadəçiləri NFC ödənişlərini İnternetə qoşulma olmadan belə rahat şəkildə etmək imkanını qazanacaqlar.
Qeyd etmək lazımdır ki, NFC ödənişləri hələlik yalnız Android platformasında çalışan smartfonlar vasitəsilə həyata keçirmək mümkündür. (Android 4.4 və daha yuxarı əməliyyat sistemi versiyaları)
NFC ödənişlər üzrə video təlimat: https://youtu.be/inVMDbdJbms
Həmçinin, hal-hazırda yaranan şəraitdə Bank Respublika müştərilərə COVİD-19 virusunun kağız əsginaslarla yayılma ehtimalını azaltmaq üçün ödənişlərini daha təhlükəsiz NFC texnologiyası vasitəsilə, təmassız olaraq həyata keçirmələrini tövsiyə edir.
“Günümüzdə müştərilərimizin sağlamlığı bizim üçün daha böyük məna kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 virus infeksiyasına tutulmamaq və qorunmaq üçün əhaliyə ödənişlər zamanı təmassız vasitələrdən istifadə edilməsini tövsiyə edir. Bu tövsiyəni nəzərə alaraq, NFC texnologiyasına əsaslanan təmassız ödəniş xidmətini artıq bugün müştərilərimizə təqdim etdiyimiz üçün çox şadıq. Artıq müştərilərimiz alış-veriş zamanı ödənişlərini kağız əsginaslarla deyil, smartfonlar vasitəsilə də təmassız olaraq tam təhlükəsiz həyata keçirə biləcək. Bank sektorunda innovativ texnologiyaları tətbiq edən lider banklardan biri kimi, Bank Respublika gələcəkdə də yeni rəqəmsal bank həlləri tətbiq edərək müştərilərini sevindirməyə davam edəcək.”deyə Bank Respublikanın İdarə Heyətinin sədr müavini Aslan Abasov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət