Azərbaycan neft bazarının sabitləşdirilməsi məsələsində neft hasil edən ölkələrin əməkdaşlıq formatının genişləndiriləcəyinə ümid edir. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
"OPEC+ formatına daxil olan ölkələrlə yanaşı, neft hasil edən digər dövlətlərin də neft bazarının sabitləşdirilməsi prosesinə qoşulması vacibdir. Biz gözləyirik ki, OPEC+ ölkələri nazirlərinin aprelin 9-da keçirilməsi planlaşdırılan görüşü Əməkdaşlıq Bəyannaməsi çərçivəsindən kənarda qalan ölkələrin iştirakı ilə keçirilən ilk görüş olacaq, lakin neft bazarının tənzimlənməsi prosesində əməkdaşlıq formatının genişləndirilməsinə xidmət edəcək", - deyə Z.Əliyeva qeyd edib.
"Bir daha vurğulamaq istəyirəm ki, biz ümid edirik ki, OPEC+ ölkələri bu görüş kimi fürsətdən istifadə edərək neft bazarı üçün əhəmiyyətli qərarların qəbul edilməsi istiqamətində addımlar atacaq", - deyə mətbuat xidmətinin rəhbəri bildirib.
Daha əvvəl Z.Əliyeva qeyd etmişdi ki, OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Bununla da neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət