2020-ci ilin mart ayında Azərbaycanda gündəlik 763,9 min barrel neft hasil edilib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“2020-ci ilin mart ayında Azərbaycanda orta hesabla gündəlik 763,9 min barrel neft hasil olunub. Bununla da OPEC+ çərçivəsində öhdəlik yerinə yetirilib (gündəlik 769 min barrel - İF)”, - nazirliyin məlumatında bildirilir.
Martda Azərbaycanda gündəlik 683,7 min barrel neft və 80,2 min barrel kondensat hasil olunub.
Ötən ay gündəlik 418,9 min barrel xam neft, 76,2 min barrel kondensat, 15,5 min barrel neft məhsulları ixrac olunub.
“Nazirlik mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, - məlumatda qeyd olunur.
2019-cu il dekabrın 6-da əldə edilmiş razılaşmaya uyğun olaraq, OPEC ölkələri 1 yanvar 2020-ci il tarixindən gündəlik neft hasilatının həcminin əlavə olaraq 372 min barrel, qeyri-OPEC ölkələri isə 131 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Cari ilin I rübündə hasilatın azaldılmasına dair sövdələşmə çərçivəsində Azərbaycan üçün yeni kvota sutkada 769 min barrel təşkil edir. Bu öhdəlik 2020-ci il martın 31-dək qüvvədə olub.
Aprelin 9-da OPEC+ ölkələrinin videokonfrans formatında növbədənkənar iclası keçiriləcək. **
N.Abbasova
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət