SOCAR-ın prezidenti Rövnəq Abdullayev “TOTAL Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutla görüşüb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Görüşdə qlobal pandemiya dövründə “Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün “TOTAL Azərbaycan” şirkətinin həyata keçirdiyi tədbirlər, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə planlar, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
R.Aqut qeyd edib ki, “Total” şirkəti Azərbaycanda həyata keçirilən layihələrə sadiqdir.
O, “TOTAL” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın məktubunu R.Abdullayevə təqdim edib.
Daha əvvəl prezident İlham Əliyev bildirmişdi ki, “Abşeron” yatağında qaz hasilatına 2020-2021-ci illərdə başlanıla bilər. Birinci mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək.
2016-cı il noyabrın 21-də SOCAR və “Total” arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% - operator) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir.
2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.
Layihə çərçivəsində illik 5 milyard kubmetr qaz hasil oluna bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda, həmçinin gündəlik 10 min barrelə yaxın kondensat hasil olunacaq.*
A.Əzizov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət