SOCAR şurkətinin nəzarəti altında olan “STAR” NEZ COVİD-19 koronavirusa görə dizel yanacağına tələbatın 40%-dək azalması zamanı istehsal güclərini 10-15% azalda bilər. Bunu “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın Türkiyədəki törəməsi) baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.
“2019-cu ildə zavod tam gücü ilə fəaliyyət göstərməyə başlayıb. Lakin, COVİD-19 layihələrimizə mənfi təsir göstərir. Hava əlaqələrinin dayandırılması səbəbindən aviasiya yanacağına tələbat kəskin azalıb. Mart ayında aviasiya yanacağından dizel istehsalına keçdik. Lakin son ay ərzində dizelə tələbat da 15% azalıb. Sosial izolyasoya davam edəcəyi halda bu azalma davam edəcək. Hesablamalarımıza əsasən, tələbatın 40% azalması zamanı zavodda istehsal güclərini 10-15% azaltmalı olacağıq”, - Qəhrəmanov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
“Ümid edirik ki, bu baş verməyəcək, lakin müxtəlif ssenarilərə hazırıq”, - o əlavə edib.
Qəhrəmanov qeyd edib ki, zavodda əlavə həcmdə istehsal edilən dizel yanacağı Petkim neft-kimya kompleksinə neft-kimya məhsullarının istehsalı məqsədilə xammal kimi göndərilir.
“Hazırda neft-kimya sahəsində istehsalımız yaxşı gedir. Lakin, istehsal proseslərinə ümumilikdə nəzərə yetirsək, (koronavirusa görə - İF) cari vəziyyət dha 2-3 ay davam edərsə, bu bizi müəyyən addımlar atmağa vadar edəcək. Bəzi neft-kimya məhsullarına tələbatda azalma var. Eyni zamanda, son zamanlar tibb vasitələrinin istehsalçıları üçün neft-kimya xammalına tələbat artıb, bu tələbatı tam ödəyirik və bundan sonra da ödəyəcəyik”, - Qəhrəmanov vurğulayıb.
O, həmçinin qeyd edib ki, şirkət meft-kimya məhsullarının təxminən 50%-ni Avropa ölkələri, əsasən koronavirusdan daha çox zərər görən Almaniya, İtaliya, İspaniyaya göndərib. “Bu səbəbdən biz ixrac marşrutlarını dəyişərək şərq bazarlarına müraciət etmişik. Ümid edirik ki, COVİD-19-dan sonra əvvəlki bazarlara qayıda biləcəyik, lakin bunun üçün yeni imkanlar axtarmalı olacağıq. COVİD-19-dan sonra həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən bu artıq yeni dünya olacaq. 3-4 aydan sonra iqtisadi böhran daha da dərinləşəcək”, - o vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət