Azərbaycan hökuməti COVİD-19 koronavirus pandemiyasından biznes və əhalinin müdafiəsi üzrə $1,5 milyard dəyərində tədbirlər paketinin reallaşdırılmasına başlayıb, bundan başqa, oronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülmüş ianələrin həcmi 65 milyon dollardan artıqdır.Bunu prezident İlham Əliyev deyib.
“Hazırda Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır”, - Əliyev cümə günü Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə bildirib.
Əliyev bildirib ki, pandemiyanın qarşısını almaq məqsədilə Azərbaycan hökuməti tərəfindən həmçinin operativ və zəruri tədbirlər həyata keçirilib. Xüsusilə, quru və hava sərhədləri bağlanıb, karantin rejimi tədricən sərtləşdirilib. Martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilir, aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılıb.
“Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq edib», - Əliyev bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, bu Plan çərçivəsində 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. “Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilir”, - prezident deyib.
Həmçinin dövlət başçısı məlumat verib ki, Tədbirlər paketi sahibkarların bank kreditlərinin subsidiyalaşdırılmasını nəzərdə tutur. Bu tədbirlərin dəyəri $900 milyona yaxın qiymətləndirilir.
Xəbər verildiyi kimi, prezident İ.Əliyev martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb.
Fondun vəsaitinin formalaşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 20 milyon manat ayrılır.
Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Şərtlərə görə, fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.
Fondun vəsaitindən koronavirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur: tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə; tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına); xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; tibb sahəsində mütəxəssislərin hazırlanmasına; təbliğat və maarifləndirmə işlərinə; koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.
Bundan başqa, martın 21-də prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. **
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət