SOCAR 2019-cu ildə 461 milyon manat dəyərində qaz ixrac edib. Bu barədə Azərbaycan hökumətinin 2019-cu ilə dair hesabatında deyilir.
Sənədə əsasən, 2019-cu ildə şirkət 13 milyard kubmetr təbii qazın satışını həyata keçirib, bunun 11,4 milyard kubmetri daxili bazarda satılıb, qalan həcm ixraca göndərilib. Daxili bazarda əhaliyə 3,2 milyard kubmetr qaz satılıb.
Bundan başqa, SOCAR ötən il 207,1 min ton maye qaz satıb, bunun 193,2 min tonu daxili bazarda satılıb, 13,9 min tonu isə ixraca göndərilib.
“2019-cu ildə şirkət qaz satışından 1 milyard 563 milyon manat, o cümlədən ixracdan 461 milyon manat gəlir əldə edib”, - deyə hesabatda qeyd olunur.
Hesabat ilində yeraltı qaz anbarlarına 2,3 milyard kubmetr qaz vurulub, qalıq ehtiyatlar nəzərə alınmaqla yeraltı qaz anbarlarında qaz ehtiyatının həcmi 3 milyard kubmetri ötüb.
Hökumətin məlumatına görə, 2019-cu ildə Azərbaycanda qaz təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlərin və qazma işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən SOCAR-a 163,5 milyon manat ayrılıb. Bu tədbirlər sayəsində ölkədə qazlaşdırmanın səviyyəsi 96%-ə çatıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət