Azərbaycanda devalvasiya gözləntiləri zəifləyib, hərraclarda xarici valyutaya tələb 2019-cu ilin sonunda qeydə alınmış səviyyəyə qayıdıb. Rusiyanın "Qazprombank"ının analitikləri belə hesab edirlər.
"2020-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri $1 milyard 973 milyon - $41,3 milyarda qədər azalıb ki, bu da valyutanın satışı ilə bağlı məlumatların açıqlanma şəffaflığını nəzərə alaraq bazar üçün sürpriz deyil. Satışların pik səviyyəsi mart ayında müşahidə edilib və bu, əhalinin yüksək devalvasiya gözləntiləri ilə bağlı olub. Hazırda bu gözləntilər zəifləyib və Azərbaycan Mərkəzi Bankının məlumatına görə, xarici valyutaya tələb 2019-cu ilin sonuna olan səviyyəyə qayıdıb", - deyə “Qazprombank”ın həftəlik icmalında bildirilir.
Bankın analitikləri hesab edirlər ki, aprel ayında ARDNF tərəfindən xarici valyutanın satış həcmi azalacaq.
"Biz hesab edirik ki, çərşənbə günü prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə manatın devalvasiyası riskinin aşağı olması və onun qorunub saxlanması üçün resursların kifayət qədər olması barədə səsləndirilmiş bəyanat manata əlavə dəstək verəcək. I rübdə ARDNF-in aktivlərinin azalmasına baxmayaraq, Azərbaycan MDB ölkələri arasında beynəlxalq ehtiyatlarla ən çox təmin olunmuş ölkələrdən biri olaraq qalır. Aprelin 1-nə fondun aktivləri nəzərə alınmaqla qızıl-valyuta ehtiyatları $47,7 milyard təşkil edib və ÜDM-nin 100%-nə yaxındır (42 aylıq idxalı təmin edir)", - deyə “Qazprombank” vurğulayır.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $2 milyard 771,9 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 78,6% - İF), mart ayında $1 milyard 928,3 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF bildirib ki, bu il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
Aprelin 16-da keçirilmiş valyuta hərracında banklara $53 milyon satılıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət