Ermənistan Qarabağ münaqişəsinin mərhələli həlli variantını müzakirə etmir. Bu sözləri bu gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan deyib.
"2018-ci ilə qədər təqdim edilmiş və Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutan təkliflər Ermənistan üçün qəbuledilməzdir. Bundan başqa, Ermənistan 2018-ci ildən mərhələli həll bazasında danışıqlar aparmır", - deyə Naqdalyan qeyd edib.
O, həmçinin bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı kompromis və öhdəliklər əsasında ədalətli və dayanıqlı həllinə tərəfdardır.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 21-də bəyan edib ki, Qarabağ münaqişəsinin həlli çərçivəsində “Madrid prinsipləri”, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməni nəzərdə tutan Kazan sənədi var. Bu sənədlər nizamlanmanın ilk mərhələsində ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların blokadadan çıxarılmasını nəzərdə tutur.
“Ötən ilin aprelində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə həmsədrlərin iştirakı ilə hazırlanaraq yayılan layihələr hazırda fəal şəkildə müzakirə olunur”, - deyə S.Lavrov Qorçakov adına İctimai Diplomatiya Fondunun nümayəndələri ilə "dəyirmi masa" zamanı bildirib.
“Bu sənədlərin imzalanmasına qərar verilməsi müharibənin dayandırılmasını və danışıqlar aparılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında vacib addım olacağına əminəm. Razılığa gəlinməsinə başlanılıb, indi isə razılığa gəlmək lazımdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri kimi məhz buna çalışırıq”, - deyə o vurğulayıb.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət