2020-ci ildə Azərbaycanın qeyri-neft sektorunda ÜDM 2% azalacaq, 2021-ci ildə isə artım 1% təşkil edəcək. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında deyilir.
Daha əvvəl BVF 2020-ci ildə Azərbaycanda ÜDM-nin 2,2% azalacağını, 2021-ci ildə isə iqtisadi artımın 0,7% təşkil edəcəyini proqnozlaşdırmışdı. Bu proqnozlar COVID-19 pandemiyasının və neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsiri nəzərə alınmaqla verilib.
Bununla belə, cari ildə ÜDM-nin nominal həcmi $40 milyard, 2021-ci ildə $42 milyard təşkil edəcək. Fondun Qafqaz və Mərkəzi Asiya regionu üzrə aprel icmalında dərc olunmuş proqnozlara əsasən, 2020-ci ildə Azərbaycanın neft sektounda 2,5% azalma, 2021-ci ildə 0,2% artım olacaq.
BVF-nin qiymətləndirmələrinə görə, 2020-ci ildə ölkədə gündəlik neft hasilatı 0,67 milyon barrel (2019-cu ildə – 0,71 milyon barrel), 2021-ci ildə 0,65 milyon barrel həcmində olacaq.
2020-ci ildə Azərbaycanda inflyasiya 3,3%, 2021-ci ildə 3,2% təşkil edəcək.
2020-ci ildə Azərbaycandan $14,4 milyard (2019-cu ildə $23,6 milyard), 2021-ci ildə $15,2 milyard dəyərində mal və xidmət ixrac olunacaq, 2020-2021-ci illərdə isə ölkəyə idxal müvafiq olaraq $15,2 milyard və $14,4 milyard təşkil edəcək.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM artımını 3%, 2021-ci ildə 3,7% səviyyəsində proqnozlaşdırır. Bu dövrdə qeyri-neft sektorunda ÜDM 3,8% və 3,4%, neft sektorunda ÜDM 0,9% və 4,5% artacaq. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla yenilənmiş proqnozları hələ dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2%, qeyri-neft sektorunda 3,5%, neft sektorunda 0,4% artıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət