SOCAR və Böyük Britaniyanın BP şirkətləri birgə neft-kimya kompleksinin yaradılması məqsədiləTürkiyənin antiinhisar orqanlarına müraciət ediblər. Bu barədə Türkiyə mətbuatı məlumat verib.
“SOCAR və BP birgə neft-kimya şirkətinin yaradılması üçün Rəqabət Qurumuna müraciət ediblər. Bu qərar SOCAR və BP tərəfindən nəzarət ediləcək tam funksional neft-kimya müəssisəsinin tikintisi üzrə birgə planların reallaşdırılmasına yönəlib”, - nəşrlər qeyd edir.
Xəbər verildiyi kimi, SOCAR və BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıb.
Layihə Əliağa rayonunda illik 1,25 mln. ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsal edən müəssisənin tikintisini nəzərdə tutur.
Yeni kompleks “Petkim” neft-kimya kompleksi və “STAR” emalı zavodunun yanında tikiləcək. Layihə $1,8 mlrd. dəyərində qiymətləndirilir. Layihədə tərəflərin payı 50/50-dir.
Xəbər verildiyi kimi, kompleksin həmçinin cari il ərzində inşasına başlamaq planlaşdırılırdı. Müəssisənin 2023-2025-ci illərdə işə salınması nəzərdə tutulurdu. Lakin, koronavirus pamdemiyası səbəbindən layihənin reallaşdırılması 2021-ci ilə təxirə salınıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət