Caspian European Club-un təşkil etdiyi B2G forumun qonağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov olub. İki saat yarım davam edən onlayn B2G forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə sahibkarların üzləşdikləri suallar müzakirə olunub və onların təklifləri dinlənilib. Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov virtual müzakirə zamanı bir daha sahibkarlara qısaca olaraq koronovirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, gömrük sərhədini keçən nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya olunduqdan sonra ölkə ərazisinə buraxılır. Bu məqsədlə gömrük-keçid məntəqələri bütün zəruri avadanlıqlarla təchiz edilib.
Komitə sədrinin müavini vurğulayıb ki, idxal, ixrac və tranzit əməliyyatları hər hansı məhdudiyyət olmadan həyata keçirilir, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə bütün addımlar atılır. Eyni zamanda, beynəlxalq ticarətin davamlılığının təmin edilməsi, mal və nəqliyyat vasitələrinin sərhəddən maneəsiz və sürətli keçidinin təmin olunması məqsədilə qonşu ölkələrin gömrük orqanları ilə də mütəmadi danışıqlar aparılır, məlumat mübadiləsi həyata keçirilir.
Onlayn B2G forum çərçivəsində diskussiyalarda həmçinin Azərbaycan Respublikası Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Sahib Nəcəfov və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər.
Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından COVİD-19 koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.
Caspian European Club tərəfindən hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən B2B forum dövlət və özəl sektor arasında dialoq üçün aparıcı alət olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinq üçün əlavə imkanlar yaradır. Aprelin 22-dən B2G forumlar hər həftə onlayn rejimdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Gömrük xidmətinin məqsədi Azərbaycanın suverenliyini, iqtisadi və milli təhlükəsizliyini qorumaq, həmçinin xalqın sosial rifahını yaxşılaşdırmaq, beynəlxalq ticarətə kömək etmək, təhlükəsizliyi təmin etmək, gömrük rüsumlarını toplamaq və onları dövlət büdcəsinə köçürmək, gömrük işi sahəsində dələduzluğun qarşısını almaq və beynəlxalq terrorizmlə mübarizə aparmaqdan ibarətdir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət