“Bakı Metropoliteni” QSC 2020-ci ilin sonuna qədər bənövşəyi xəttin В-03 stansiyasını istifadəyə verməyi planlaşdırır. Bunu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
“Koronavirus pandemiyasına baxmayaraq, Bakı Metropoliteni yeni stansiyaların tikinti işlərini davam etdirir. Digər problemlər yaranmasa, ümid edirik ki, 2020-ci ilin sonunadək B-03 metro stansiyasını istifadəyə verəcəyik”, - Hüseynov cümə günü brifinqdə bildirib.
O qeyd edib ki, avadanlığın bir hissəsinin Azərbvaycanda istehsal olunmaması, idxal edilməsi səbəbindən problemlər meydana gələ bilər.
“Məhz bu müqavilələrin icrası ilə bağlı problemlərimiz meydana gələ bilər və stansiyanın istifadəyə verilməsi ilə əlaqədar ləngimələr ola bilər. Bütövlükdə isə işlərin əsas həcmi artıq yerinə yetirilib”, - Hüseynov bildriib.
В-03 stansiyası Ceyhun Səlimov küçəsində Hərbi Hospitalın yaxınlığında inşa olunur.
Stansiyanın uzunluğu 166,98 metr təşkil edəcək ki, bu da 7 vaqonlu qatarları qəbul etməyə imkan verəcək. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Bu məqsədlə В-03 stansiyasının inşaat işlərinə paralel olaraq, 193,1 metr uzunluqda keçid də tikilir.
Stansiya 3 səviyyəli olacaq. Stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə yerdəyişməsi 17 eskalatorla həyata keçiriləcək. Həm də burada fiziki imkanları məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət