2020-ci ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 48 mln. barrel (6,4 mln. ton) neft hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin birinci rübündə AÇG blokundan ümumilikdə 52 mln. barrel neft hasil olunub (7 milyon ton). Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında sözügedən müqavilə sahəsindən neft hasilatı barrel ilə 7,7% azalıb.
2020-ci ilin birinci rübündə şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 61,2% - $672 mln.-dək artırıb. “Bu məbləğdən $150 mln.-u əməliyyat xərclərinin, $522 mln.-u əsaslı xərclərin payına düşüb”, - mətbuat xidmətinin məlumatında bildirilir.
2020-ci ilin birinci rübündə orta sutkalıq neft hasilatı 524 min barel (2019-cu ilin yanvar-mart aylarında 571 min barrel) olub.
2020-ci ilin birinci rübündə “Çıraq” platformasından sutkada 39 min barrel (2019-cu ilin yanvar-mart aylarında 43 min barrel - İF-Az), “Mərkəzi Azəri” platformasından 136 min barrel (sutkada 146 min barrel), ”Qərbi Azəri” platformasından 125 min barrel (sutkada 128 min barrel), “Şərqi Azəri” platformasından 78 min barrel (sutkada 100 min barrel), “Dərinsulu Günəşli” platformasından 95 min barrel (sutkada 96 min barrel), “Qərbi Çıraq” platformasından 51 min barrel (sutkada 58 min barrel) neft hasil olunub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 mlrd. məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 mln. tondan çox neft hasil olunacaq.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət