“Caspian European Club”ın təşkilatçılığı ilə onlayn “B2G Forum” keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutmuş forumda ölkəmizin informasiya-kommunikasiya texnologiyaları, eyni zamanda nəqliyyat sahəsini təmsil edən dövlət qurumlarının və kommersiya şirkətlərinin nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində “COVİD-19” koronavirus pandemiyası nəticəsində zərərçəkmiş şirkətlərin problemləri müzakirə olunub. Pandemiyanın istər informasiya-kommunikasiya texnologiyaları, istərsə də nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini azaltmaq məqsədilə dövlət tərəfindən göstərilən dəstəkdən danışılıb.
Nazir müavini Elmir Vəlizadə çıxışında ölkə rəhbərliyi tərəfindən Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədinin qarşıya qoyulduğunu bildirib. Eyni zamanda söyləyib ki, bu dövr çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “Azcloud” bulud infrastrukturusayəsində“Servis olaraq videokonfrans” (VCaaS) xidməti Azərbaycanda da ilk dəfə olaraq həyata keçirilməyə başlanılıb. “Artıq istənilən şirkət və ya qurum məsafənin uzaqlığından asılı olmayaraq istər qlobal, istərsə də respublika səviyyəli fasiləsiz videotoplantılar keçirərək fəaliyyətinin yüksək səviyyədə davam etməsinə nail ola bilər. “AzInTelecom”un texniki və texnoloji dəstəyi, funksional sistemin düzgün qurulması sayəsində koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq videokonfranslarda davamlı və keyfiyyətli canlı bağlantı yaradılır, bulud texnologiyaları əsasında görüş keçirilir”. Onun sözlərinə görə, Azərbaycanda İKT sektorunun ölkə iqtisadiyyatında rolu istənilən şəraitdə, eləcə də pandemiya dövründə çox önəmlidir.
Eyni zamanda, ölkəmizin tranzit imkanları və infrastrukturundan söz açan nazir müavini mövcud infrastrukturun yerli, o cümlədən xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə yükdaşımaları həyata keçirməyə imkan verdiyini qeyd edib. Nazir müavini ona ünvanlanan sualları cavablandırıb.
Videotədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də iştirak ediblər.
“Caspian European Club”un sədri Telman Əliyev üzv şirkətlərin top-menecerləri adından açıq müzakirələrə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, “Caspian European Club” tərəfindən yaradılmış “B2G Forum” beynəlxalq biznes-netvorkinq üçün unikal platforma rolunu oynayır. Bu videoforumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər – Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən şirkət rəhbərlərinə yeni işgüzar əlaqələr qurmaq imkanını təqdim edir. “B2G Forum”lar aprelin 22-dən etibarən hər həftə onlayn rejimdə keçirilir. Məqsəd Azərbaycanda və “Caspian European Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaq, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaq və bu tədbirlərdə istənilən dövlət və özəl sektor əməkdaşlarının fəal iştirakını təmin etməkdir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət