Koronavirus pandemiyası «AccessBank» ASC-nin planlarına öz düzəlişlərini edib. Bunu “AccessBank”ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina deyib.
“Biz bu ilə planlaşdırdığımızdan daha fəal başladıq. Birinci rübdə 2,5 milyon manat həcmində mənfəət əldə etdik - bu, plan göstəricilərini üstələyirdi. Biz biznes nöqteyi-nəzərindən bunun qeyri-mövsümi aylar olduğunu bilirdik və kreditləşmənin fəallığının müəyyən dərəcədə azalacağını gözləyirdik.. İlin ilk iki ayında mikrokredit portfelinin artımı 14 milyon manat təşkil etdi, qeyri-faiz gəlirlərinin həcmi planlaşdırıldığından çox idi və biz yaxşı mənfəət əldə etdik”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Y.Qaşikulinanın sözlərinə görə, mart ayının əvvəlində “bütün planları artıqlaması ilə yerinə yetirəcəyimizdən əmin idik”. “Amma koronavirus pandemiyası öz işini gördü. Birinci rübün ilk iki ayı kreditləşmə nöqteyi-nəzərindən fəal idi, amma mart ayının ortalarından etibarən kreditləşmə zəifləməyə başladı. Buna görə də biz, əlbəttə ki, planlaşdırdığımız kredit portfeli həcminə nail ola bilmədik. Amma bununla belə, rüb üzrə ümumi artım qənaətbəxşdir”, - deyə birinci müavin qeyd edib.
O vurğulayıb ki, mart ayında neftin qiymətinin aşağı düşməsi səbəbindən əhali arasında yaranan ajiotaj bütün banklarda konvertasiyaya təsir etdi. Bütövlüklə bank sistemi böyük zərərlə üzləşdi. ““AccessBank”da kreditlərin 98%-i manatla verildiyindən əmanət bazamızı da analoji şəkildə seçmişik. İlin əvvəlində bank sistemində dollarlaşma 50%-dən artıq olduğu halda, bizdə bu rəqəm cəmi 30% təşkil edirdi. Əmanət strukturumuzda manat üstünlük təşkil etdiyindən, konvertasiyaya tələb artdı. Bank mart ayı ərzində yatırımlardan 40 milyon manatı dollara konvertasiya etdi. Aprel ayında vəziyyət bir qədər stabilləşdi və əhali nisbətən sakitləşdi. Əlbəttə, dövlətin siyasəti burada müəyyən rol oynadı. Buna görə də biz may və iyun aylarında əmanətlərin artacağını gözləyirik”, - deyə Y.Qaşikulina əlavə edib.
O qeyd edib ki, yaranmış vəziyyət banka narahatlıq gətirmədi. “Çünki biz bu vəziyyətlə üzləşərkən likvidliyimiz kifayət qədər yüksək idi. Konvertasiya həcmində məhdudiyyət isə bankın valyuta mövqeyi ilə təyin edilir”, - deyə birinci müavin vurğulayıb.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).
Yevgeniya Qaşikulina ilə müsahibənin tam mətni www.interfax.az saytında dərc olunub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət