Azərbaycan 2020-ci ilin birinci rübündə $11 milyon 565,57 min dəyərində 15 min 312,86 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Ötən ilin analji dövrü ilə müqayisədə “Premium Euro-95” markalı benzin idxalı say ifadəsində 2,1 dəfə, pul ifadəsində - 1,9 dəfə artıb.
Eyni zamanda, $11 milyon 114,36 min dəyərində (artım 83,1%) 14 min 793,48 ton benzin (artım 2 dəfə) Rusiyadan, $451,21 min dəyərində 519,39 min ton benzin – İrandan idxal edilib (ötən ilin birinci rübündə idxal olunmayıb - İF).
Beləliklə, idxalın 96,6%-i RF-nin payına düşüb.
Bundan başqa, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana $639,86 min dəyərində 748,32 ton «Super Euro-98» markalı avtomobil benzini idxal olunub (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə artım say ifadəsində 3,2 dəfə, dəyər ifadəsində - 3,1 dəfə).
Həmçinin, $220,61 min dəyərində 249,9 ton «Super Euro-98» markalı avtomobil benzini Belarusdan, $53,76 min dəyərində 59,53 ton – Yunanıstandan, $201,45 min dəyərində 229,06 ton – Rusiyadan, $164,04 min dəyərində 209,83 ton – Rumıniyadan idxal olunub.
Xəbər verildiyi kimi, Azərbaycan 2019-cu ildə $40 milyon 660,42 min dəyərində 53 min 796,52 ton «Premium Euro-95» və $1 milyon 645,47 min dəyərində 1 min 806,8 ton «Super Euro-98» markalı benzin idxal edib.
«Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,1 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,4 manat təşkil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət