Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov çərşənbə axşamı telefon söhbəti zamanı ikitərəfli əməkdaşlıq məsələləri və Dağıstandakı Azərbaycan vətəndaşlarının təxliyəsi ilə əlaqədar cari vəziyyəti müzakirə ediblər.
“Nazirlər, Azərbaycan və Rusiya prezidentləri arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Dağıstanda Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər”, - Azərbaycan XİN-in mətbuat xidməti məlumat verir.
Bundan başqa, nazirlər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
“O cümlədən, XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriliblər. Xüsusilə, Məmmədyarov Lavrovu ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirilmiş ən son video-konfrans formatında görüşü barədə məlumatlandırıb”, - məlumatda vurğulanır.
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin bazar ertəsi Dağıstanın xeyli sayda Azərbaycan vətəndaşının toplaşdığı sərhəd rayonlarındakı vəziyyəti telefonla müzakirə ediblər. İki ölkənin əlaqədar nazirlik və idarələrinə bununla bağlı bütün məsələləri regional hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə operativ qaydada həll etmək barədə tapşırıqların verilməsi şərtləndirilib.
Öncə Dağıstan rəhbəri Vladimir Vasilyev bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin respublika rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə keçirdiyi müşavirədə infeksiyanın yayılmasına yol verməmək üçün Azərbaycan və Rusiya vətəndaşlarının sərhəddən keçməsinin sistemləşdirilməsini təklif edib.
"Hazırda Azərbaycanla münasibətlərimiz elə qurulub ki, onlar tərəfdən RF vətəndaşları bizim tərəfə keçməyi xahiş edirlər və əksinə, bizim tərəfdən Azərbaycan vətəndaşları sərhədi keçmək istəyirlər. Addımlarımızı əlaqələndirə bilsəydik, yaxşı olardı. Məsələn, insanların yığılmaması üçün 15 gündən bir 450 vətəndaşın bir tərəfdən digər tərəfə keçməsi müzakirə edilən rəqəmlərdir”, - Vasilyev müşavirədə bildirib.
O qeyd edib ki, 15 sutkalıq vaxt infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımdır.
"14 gün observasiya və 1 gün sanitar işlənmə üçün lazımdır. Güman edirəm ki, bu, infeksiyanın yayılmasının qarşısını almağa kömək edəcək", - Vasilyev əlavə edib.**
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət