2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 1% - 15 milyard 146,8 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Azalma aprel ayında 2 bankın lisenziyasnın ləğv edilməsi ilə əlaqədardır.
Mayın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 232,4 milyon manat (ilin əvvəlindən azalma 3,2% - İF) və ya bütün kreditlərin 8,1%-ni təşkil edir.
Mayın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 646,1 milyon manat (artım 3,3%) və ya bütün kreditlərin 17,5%-i, özəl banklar tərəfindən 12 milyard 96 milyon manat (azalma 2%) və ya bütün kreditlərin 79,9%-i həcmində kredit verilib. Qalan 404,7 milyon manat (artım 1,9%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2020-ci il mayın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 179,2 milyon manat (artım 1,8%) milli valyuta, 4 milyard 967,7 milyon manat (azalma 6,2%) xarici valyuta ilə verilib. Cari ilin may ayının əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 32,8% (2019-cu ilin sonuna 34,6%) təşkil edir.
2020-ci il mayın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 454,8 milyon manat (bütün kreditlərin 16,2%-i) ticarət və xidmət sahələrinin, 623,5 milyon manat (4,1%) energetika, kimya və təbii sərvətlər sektorunun, 583,3 milyon manat (3,9%) kənd təsərrüfatı və emal sahələrinin, 458 milyon manat (3%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 137,7 milyon manat (7,5%) sənaye və istehsal sektorunun, 1 milyard 101,5 milyon manat (7,3%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 704,2 milyon manat (44,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 3,9% azalıb.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət