Azərbaycan Asiya İnkişaf Bankını (AİB) bərpa olunan enerji mənbələri və dəmir yolu nəqliyyatı sahələrində layihələrin həyata keçirilməsinə cəlb etmək istəyir. Bu sözləri prezident İlham Əliyev deyib.
"Bizim kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var. Ona görə də sizdən bu variantı da nəzərdən keçirməyi xahiş edərdim”, - deyə dövlət başçısı bu gün AİB rəhbərliyi ilə keçirilən videokonfransda bildirib.
O xatırladıb ki, bərpa olunan enerji mənbələri sahəsinin inkişafı üçün bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanıb. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır. .
“Bu gün toxunmaq istədiyim digər bir məsələ, - siz artıq onu qeyd etdiniz, - enerji səmərəliliyi məsələsidir. Biz indi iki şirkətdə “Azərenerji” və “Azərişıq”da bu işləri aparırıq. Bu il və ötən il yatırılmış müəyyən investisiyalara görə “Azərenerji” minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir və bu proses davam edir. Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır”, - deyə prezident qeyd edib.
İ.Əliyev, həmçinin deyib ki, hazırda Azərbaycanİranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolunun yaxşılaşdırılması istiqamətində iş aparır.
“Bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim. Gələcək kommunikasiya prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və bizim planlarımız ilə bağlı daha ətraflı məlumat veriləcəkdir”, - deyə o söyləyib.
Prezidentin sözlərinə görə, İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil və bütün yüklərin öhdəsindən gəlmək üçün mövcud infrastrukturumuz kifayət etməyə bilər.
“Biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır. Onun çox böyük potensialı var. Biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir2, - deyə İ.Əliyev vurğulayıb.*
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət