Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara 3,25 milyon manat məbləğində maliyyə yardımının göstərilməsi haqqındasərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılacaq.
Bu vəsait ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.*
B.Rüstəmbəyov
Əliyev: Azərbaycan iqtisadiyyatında inhisarlara son dövrüdür
Dünya Bankı COVİD-19 əleyhinə mübarizə üçün Azərbaycana $95 milyon ayıra bilər
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Ermənistan Baş Qərargahın rəis müavini Qarabağ hadisələri ilə bağlı cinayət işininn fiqurantı oldu
Ermənistanın Baş Qərargah rəisi martın 4-də avtomatik olaraq səlahiyyətlərindən məhrum ediləcək
Vüsal Qasımlı: Qarabağda tikinti bumu bütün iqtisadiyyatı canlandıra bilər
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?