Sahibkarlığın İnkişafı Fondu avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsi hüququnu əldə edib. Krdeitin maksimal məbləği 3 milyon manat təşkil edəcək.
Bu limit Azərbaycan prezidenti İlham Əliyevin cümə günü təsdiq etidiyi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası ilə müəyyən edilib.
Yeni qaydalara əsasən, avadanlıqların alınması üçün güzəştli kredit 5 min manatdan az olmamalıdır.
Kreditin müddəti 5 ildir. Fondun illik faiz dərəcəsi 2%-dən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 7%-dən artıq olmamaq şərtilə, ümumilikdə kreditin illik faiz dərəcəsi 9%-dən artıq olmamalıdır.
Güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 aydan çox olmamalıdır.
Təsdiq olunan qaydalara görə, sahibkarlıq subyektlərinə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər: 5 min manatdan 50 min manatadək - kiçikhəcmli kreditlər; 50,001 min manatdan 1 milyon manatadək - ortahəcmli kreditlər; 1 milyon manatdan 10 milyon manatadək - böyükhəcmli kreditlər.
Eyni zamanda, kiçikhəcmli kreditlər - 3 ilədək, ortahəcmli kreditlər - 5 ilədək; böyükhəcmli kreditlər -10 ilədək veriləcək.
Fondun kreditlərinin illik faiz dərəcəsi 1%-dən, mumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5%-dək müəyyən edilir.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət