Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 61,691 min manat təşkil edib.
Büdcənin gəlirlərinin 7 milyard 672,3 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 5 milyard 432 milyon manat və ya nazirliyin xətti ilə bütün yığımların 70,8%-i qeyri-neft sektorundan daxilolmaların, 4 milyard 408,6 milyon manat Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 milyard 364,3 milyon manat Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 129 milyon 337,506 min manat sair gəlirlərin, 578 milyon 879,795 manat büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin payına düşüb.
2019-cu il dövlət büdcəsinin xərcləri 24 milyard 425 milyon 913,957 min manat, sosial xərclər 7 milyard 761,3 milyon manat və ya ötən ilin dövlət büdcəsinin bütün xərclərinin 31,8%-ni təşkil edib.
2019-cu il dövlət büdcəsi xərclərinin 13 milyard 528,9 milyon manatı və ya 55,4%-i cari xərclərə, 9 milyard 372,2 milyon manatı və ya 38,4%-i əsaslı xərclərə, 1 milyard 524 milyon 774,509 min manatı və ya 6,2%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
2019-cu ildə dövlət büdcəsinin kəsiri 207 milyon 852,266 min manat və ya ÜDM-nin 0,3%-ni təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 2 milyard 22 milyon manat məbləğində proqnozlaşdırılıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət