“Bakı Metropoliteni” QSC yeni müqavilə çərçivəsində “Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən 81-765. B81-/766.B modelli 20 vaqon alıb. Bu barədə Metropolitendən məlumat verilir.
“Bakı Metropoliteni”nin sifarişi əsasında istehsal olunmuş hər biri 5 vaqondan ibarət 4 yeni qatar Rusiyadan Bakıya gətirilib. Yeni qatarlar müvafiq sazlama və tənzimləmə işlərindən sonra, yaxın vaxtlarda xəttə buraxılacaq”, - cəiyyətdən qeyd olunub.
2019-cu ilin oktyabr ayında 81-765. B81-/766.B modelli 60 vaqonun istehsalı üzrə müqavilə imzalanıb. Müqavilə 2020-2023-cü illəri əhatə edir.
Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Bu, vaqonun tutumunu 15 faiz artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb.
Kondisioner sisteminin havanı avtomatik zərərsizləşdirməsi virus və bakteriyalardan əlavə mühafizə imkanıdır.
“Metrovaqonmaş” 1967-ci ildən etibarən Azərbaycan paytaxtına vaqon tədarük edir. Hazırda “Bakı Metropoliteni”ndə “Metrovaqonmaş”da istehsal olunan 300-dən artıq vaqon istifadə olunur. 2018-2019-cu illər ərzində Bakıya 81-765. B81-/766.B modelli 8 qatar tədarük olunub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət