“MİDA” MMC Yasamal-2 yaşayış kompleksində çoxmənzilli yaşayış binalarındakı mənzillər üçün kombilərin (24-kW) alınıb quraşdırılmasına 0,9 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, MİDA “Interqral” QSC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin ümumi dəyəri 907 min 823,81 manatdır.
Yasamal-2 yaşayış kompleksi Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunur. 2018-ci il dekabrın 26-da prezident İlham Əliyevin iştirakı ilə yaşayış kompleksinin təməli qoyulub.
Kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.** N.Abbasova
Prezident Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilir
Rusiya pirotexnikləri Ağdamda minatəmizləmə əməliyyatına cəlb olunmaq üçün Azərbaycana göndərilib
Azərbaycanda 332 nəfər koronavirusa yoluxub
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunması təklif edilib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Türkiyə sahillərində batmış yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb
Türkiyə sahillərində Rusiyaya məxsus quru yük gəmisi batıb, xilasetmə əməliyyatı keçirilir
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Caspian Energy öz layihələrində pay iştirakını satışa çıxarıb
Bakı Dəmir Yolu Vağzalının ərazisində üç müasir parklanma sahəsi yaradılır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək