Dünyada baş verən son hadisələr nəticəsində insanların bir çox vərdişləri dəyişir. Bu dəyişikliklər məişət məsələləri ilə yanaşı, digər sahələri, o cümlədən maliyyə sektorunu da əhatə edir. Bu gün insanlar alış-veriş, ödənişlər və ümumilikdə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirməyə üstünlük verirlər. Belə əməliyyatların keçirilməsi üçün virtual kart çox rahat vasitədir.
Bank VTB (Azərbaycan)-ın DİRECT virtual kartı istifadəçiyə bir sıra məsələləri həll etməyə imkan verir. Kartın üstünlüklərindən biri onun asanlıqla əldə edilməsidir: Facebook sosial şəbəkəsində DİRECT botuna daxil olmaq kifayətdir ki, kart istifadəçiyə pulsuz təqdim olunsun. Beləliklə, ərizə verib kartın buraxılışını gözləməyə, kart üçün filiala gəlməyə və s. ehtiyac yoxdur. Maliyyə alətini bir neçə dəqiqəyə almaq və dərhal istifadə etmək olar.
Eləcə də iki toxunuşla DİRECT kartını dost-tanışlar üçün açmaq mümkündür. Bunun üçün əsas menyuda “Dostunu dəvət et” düyməsini basmaq və gələn ismarışı kartın aktivləşdirilməsi üçün mesencerdə istənilən şəxsə göndərmək lazımdır. Bununla da yaxınlarınız plastik kartla eyni funksiyaya malik virtual kartı hədiyyə alacaq.
Fiziki bank kartı ilə mümkün olan əməliyyatları da elə həmçinin DİRECT kartı ilə mesencerdə həyata keçirmək olar.
Kartdan karta pul vəsaitinin köçürülməsi və digər bankların kartlarından mədaxil
İstənilən onlayn alış-veriş
Mobil operatorların balansının artırılması
Kommunal xidmətlərin ödənilməsi
Kredit üzrə ödəniş
Əməliyyatların əksəriyyəti pulsuz həyata keçirilir ki, bu da kartın daha bir üstünlüyüdür. Virtual kartın balansının artırılması üçün komissiya tutulmur. Balansı aşağıdakı üsullarla artırmaq mümkündür:
İstənilən bankın kartı vasitəsilə
Bank VTB (Azərbaycan)-ın Cash İn funksiyalı terminallarında
eManat və MilliOn ödəniş terminallarında
Bank VTB (Azərbaycan)-ın filiallarında
Çat-botda formalaşdırılmış QR-kod vasitəsilə.
Onlayn alış-veriş sevənlər üçün əsas amil kartdan istifadənin təhlükəsizliyidir. Bir qayda olaraq, internetdə alış-veriş edən insanlar hesablarındakı vəsaitin güvənliyi üçün narahat olur. Bu məsələnin həlli üçün sadəcə müəyyən məbləği əsas kartdan virtual karta keçirmək və daha sonra lazımi ödənişləri onunla həyata keçirmək olar.
Virtual kart üzrə bütün əməliyyatlar ödəniş sistemlərinin və bank VTB (Azərbaycan)-ın sertifikatlaşdırılmış etibarlı əlaqəsi üzərindən yerinə yetirilir. Facebook sosial şəbəkəsi heç bir konfidensial məlumatı saxlamır (istifadəçi profil yaratdıqda daxil etdiyi məlumatlar istisna olmaqla).
Bütün bu amilləri nəzərə alaraq əminliklə demək olar ki, əməliyyatların sürəti, vəsaitlərinin təhlükəsizliyi və qənaətinə üstünlük verənlər üçün virtual kart yaxşı seçimdir.
Linkə keçid edərək və ya aşağıdakı QR-kodu skan edərək, 10 saniyə ərzində DİRECT virtual kartına sahib olun:
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət