Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) layihəsinin icrasını bir neçə aya tamamlayacaq. Bu sözləri prezident İlham Əliyev deyib.
“Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi layihəsinin icrası sona yaxınlaşır. Ümidvarıq ki, bütün tikinti işlərini bir neçə aya tamamlayacağıq”, - deyə dövlət başçısı bu gün Dünya Bankının rəhbərliyi ilə keçirilən videokonfransda bildirib.
“Azərbaycana və sizin maliyyə dəstəyinizlə həyata keçirdiyimiz mühüm layihələrə göstərdiyi davamlı dəstəyə görə Dünya Bankına çox minnətdarıq. TANAP-a göstərdiyiniz dəstəyə görə xüsusi təşəkkürlər. Sözsüz ki, bu, digər bankların da bu mühüm layihəni dəstəkləməsi üçün yaxşı siqnal oldu”, - deyə İ.Əliyev vurğulayıb.
Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurası 2016-cı ilin dekabr ayında Azərbaycana və Türkiyəyə $800 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu vəsait TANAP qaz kəmərinin tikintisinə sərf olunub.
Kredit üzrə benefisiar kimi “Cənub Qaz Dəhlizi” QSC və BOTAS şirkəti çıxış edir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb.
Layihənin dəyəri $40 milyarddan çoxdur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ilin IV rübündə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə nəql 2018-ci ilin yayında başlayıb.*
B.Rüstəmbəyov
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət