Dünya Bankı Azərbaycanla tibbi sığorta, su təchizatı sektoru, ərzaq təhlükəsizliyi, turizm, texnologiyalar və digər sahələrdə əməkdaşlığa hazırdır. Bunu bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde deyib.
“İqtisadiyyatın şaxələndirilməsi və sosial sektora diqqətin artırılması çox vacibdir və Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür. Dünya Bankı tibbi sığorta, su sektoru, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, texnologiyalar və digər sahələrdə Azərbaycanla əməkdaşlığa hazırdır”, - Byerde Azərbaycan prezidenti İlham Əliyevlə videokonfrans zamanı bildirib.
Öz növbəsində, Əliyev irriqasiya və su təchizatı sahələrinin Azərbaycan üçün əhəmiyyətini qeyd etdi. Dövlət başçısı bildirib ki, gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə baş nazirin müavininin (Şahin Mustafayev - İf) rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaradılıb.
“Bir çox nazir bu komissiyanın üzvüdür. Çünki təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40-50% su itkimiz olur. Sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim”, - Əliyev deyib.
Dövlət başçısının sözlrinə görə, gündəlikdə duran digər bir məsələ ətraf mühitin qorunmasıdır. “Bu, xüsusən də Bakı və Abşeron yarımadasına aiddir. Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaratmışdır. Biz böyük həcmdə təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bizə daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirklənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər”, - Əliyev bildirib.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyədək bank Azərbaycana 50-dən çox layihənin həyata keçirilməsi üçün $3,5 milyard məbləğində kredit ayırıb.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət