Asiya İnkişaf Bankı 2020-ci ildə Azərbaycan iqtisadiyyatında 0,1% azalma proqnozlaşdırır. Bu barədə cümə axşamı dərc olunan Asian Development Outlook Supplement 2020 icmalında qeyd olunur.
2020-ci ilin aprel ayında AİB Azərbaycanda ÜDM-in artımını 0,5% səviyyəsində proqnozlaşdırıb.
“Pandemiya davam etdikcə 2020-ci ildə ÜDM üzrə proqnozlara azalma istiqamətində təkrar baxılır. Lakin 2021-ci ildə bəzi ölkələrin öncə nəzərdə tutulandan daha tez bərpa olunacağı gözlənilir”, - icmalda bildirilir.
2021-ci ildə AİB Azərbaycanda ÜDM-in 1,2% artımını proqnozlaşdırır.
2020-ci ildə AİB Azərbaycanda inflyasiyanı 2,8%, 2021-ci ildə - 3,5% səviyyəsində proqnozlaşdırır. Bankın mütəxəssislərinin rəyinə görə, Azərbaycanda ərzaq qiymətləri təklifin məhdud olması şəraitində artır.
Dünən AMB-nin sədri Elman Rüstəmov bəyan edib ki, 2020-ci ilin yekunları üzrə koronavirus infeksiyası və neftin qiymətinin aşağı olması səbəbindən Azərbaycanda cüzi resessiya gözlənilir.
2019-cu ilin yekunları üzrə Azərbaycanda ÜDM-in artımı 2,2%, orta illik inflyasiya – 2,6% təşkil edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət