Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası 2020-ci ilin dördüncü rübündə Moskvada baş tutacaq. Bu barədə RF İqtisadi İnkişaf Nazirliyi məlumat verir.
Bu qərar Hökumətlərarası Komissiyanın həmsədrləri RF hökumətinin sədr müavini Aleksey Overçuk və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin videokonfrans formatında görüşü zamanı qəbul edilib.
Bundan başqa, 2020-ci ildə Rusiya-Azərbaycan XI Regionlararası Forum keçiriləcək.
“Həmçinin, tərəflər mürəkkəb epidemioloji vəziyyətə görə formalaşan iqtisadi itkiləri birgə səylərlə minimallaşdırmaq niyyətindədirlər. Bu məqsədlə ticarət-qitisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövcud ikitərəfli razılıqların icarsını aktivləşdirmək qərara alınıb”, - nazirliyin məlumatında qeyd olunur.
İclasda iştirak edən iqtisadi inkişaf nazirinin birinci müavini Mixail Babiç məlumat verib ki, tərəflər innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında “yol xəritəsi” layihəsini razılaşdırıblar. “Sənəd Rusiya və Azərbaycanın iqtisadiyyat nazirlikləri tərəfindən maraqlı təşkilatlarla birgə hazırlanıb və imzalanmağa tam hazırdır”, - o bildirib.
O cümlədən, tərəflər əməkdaşlığın normativ-hüquq bazasının təkmilləşdirilməsini davam etdirməyə dair razılaşıblar. Hazırda 20-dən artıq ikitərəlfi sənəd işlənmə mərhələsindədir. Hökumətlərarası Komissiyanın katibliklərinə aidiyyəti nazilrlik və qurumlarla qeyd olunan sazişlərin operativ imzalanması məqsədilə monitorinq keçirmək tapşırılıb.
“Eyni zamanda, tərəflər qeyd ediblər ki, koronavirus pandemiyasına görə meydana gələn məhdudiyyətləri nəzərə alaraq, gələcək perspektivə iqtisadi inkişaf dinamikasını proqnozlaşdırmaq hələlik çətindir. Buna baxmayaraq, tərəflər səylərini 2024-cü ilə qədər Rusiya-Azərbaycan əlaqələrinin əsas istiqamətlərinin inkişafı üzrə Planın reallaşdırılmasına yönəltməyə dair razılığa gəliblər”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət