Azərbaycanda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş daha 419 hərbi qulluqçu dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunacaq. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
Məlumata görə, iyunun 23-də Azərbaycan prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Komissiyanın sədri maliyyə naziri Samir Şərifovdur.
“Komissiyanın iclasında hazırda mənzil növbəsində olan 666 nəfər hərbi qulluqçudan 419 nəfər hərbi qulluqçunun Bakı və Naxçıvan şəhərlərində tam təmirli mənzillərlə təmin olunması və bu məqsədlərə 2020-ci ilin dövlət büdcəsində ayrılmış 30,1 mln manat vəsaitin yönəldilməsi barədə qərarlar qəbul edilib”, - məlumatda qeyd olunur.
Həmçinin, Komissiya tərəfindən ümumilikdə 666 hərbi qulluqçunun müraciətinə baxııb.
“Bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2140 nəfər hərbi qulluqçu Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mənzillərlə təmin olunub”, -nazirlikdən bildirilir.
Komissiya tərəfindən mənzillə təmin olunacaq hərbi qulluqçuların müəyyən edilməsində aşağıdakı meyarlardan istifadə olunur: hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və xidmət dövründə mənzillə təmin olunma. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət