Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan 4 bankın tənzimləyici tərəfindən qoyulan məhdudiyyətlərə baxmayaraq, əmanətlərin qəbul edilməsi prosesini davam etdirməsi məsələsini araşdıracaq. Bunu ADIF-in icraçı direktoru Tural Piriyev deyib.
"Tənzimləyici tərəfindən 4 bankın əmanət qəbul etməsinə qadağa qoyulmuşdu. Hazırda ən çox şikayət “AGBank” və “NBCBank” ilə bağlı səsləndirilir. “AGBank”da fiziki şəxslərdən müddətli depozitlərin qəbuluna qadağa 10 oktyabr 2017-ci il tarixində qoyulub. Bank bu qadağaya əməl etməyib, buna görə də indi biz bir çox şikayət və problemlərlə üzləşirik", - deyə Piriyev bildirib.
Onun sözlərinə görə, “NBCBank”da analoji qadağa 27 yanvar 2020-ci ildən qüvvədə olub. "Mərkəzi Bank banka əmanətlərin qəbuluna qadağa qoyulması haqqında bildiriş göndərib. Lakin bank buna məhəl qoymayıb və fiziki şəxslərdən əmanətlərin qəbulunu davam etdirib. Nəticədə bu əmanətlər sığorta olunmamış hesab edilir və kompensasiya ödənişi nəzərdə tutulmur. Belə olan halda biz bu məbləğləri bloklayırıq. Bloklanandan sonra həmin məbləğlər üzrə araşdırmalar aparılır. Əgər biz bu bloklamaları öz araşdırmalarımız nəticəsində götürə biliriksə, bunlar blokdan azad ediləcək. Mümkün olmayacaqsa, biz Konstitusiya Məhkəməsinə müraciət etməyi nəzərdə tuturuq və əmanətçilərin xeyrinə bu məsələni həll etməyə çalışacağıq. Çünki vətəndaşlar bu məsələdə günahkar deyillər və məlumatsız olublar", - deyə o qeyd edib.
Piriyev əlavə edib ki, 2017-ci ildən etibarən “AGBank”da 800 müştərinin bloklanmış əmanətlərinin məbləği 49,176 milyon manat, “NBCBank”da isə 12,8 milyon manat təşkil edir.
"Qalan iki bankda məbləğ xeyli azdır", - deyə icraçı direktor vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət