Azərbaycanın energetika naziri Pərviz Şahbazov digər neft istehsalçılarının cəlb edilməsi vasitəsilə OPEC+ formatının genişlənsdirilməsini vacib hesab edir.
“Neft bazarında sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bununla əlaqədar digər neft istehsalçılarının cəlb edilməsi vasitəsilə OPEC+ formatının genişlənsdirilməsini vacib hesab edirəm”, - Şahbazov cümə axşamı "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.
Həmçinin, nazir qeyd edib ki, OPEC+ ölkələri tərəfindən öhdəliklərinin yerinə yetirilməsi üzrə iyul daxil olmaqla, üç aylıq nəticələr, “gələcək addımlar üçün təməl olacaq”.
“Bu gün qeyd olunan mexanizm neft bazarının dəstəklənməsinin yeganə mexanizmidir və istehlakçı və istehsalçıların maraqlarına cavab verir. Düşünürəm ki, formalaşan qeyri-adi vəziyyətdə istehsalçı-ölkələrin əsas vəzifəsi qəbul edilən öhdəliklərin dayanıqlı və səmərəli mexanizmi kimi OPEC+ ölkələrinin davamlı missiyasının təmin edilməsindən ibarətdir”, - nazir əlavə edib.
“Əlbəttə, bütün bu qərarlar, Azərbaycan daxil olmqala, istehsalçı-ölkələr üçün vacibdir. Biz həmçinin, nəinki qərarların qəbulu, həm də öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırıq. Bu gün öhdəliklərin yerinə yetirilməsi kifayət dərəcədə yüksək səviyyədədir”, - o qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan OPEC+ çərçivəsində öhdəliklərinə sadiqdir və neft bazarında sabitliyin təminatında fəal rolunu davam etdirəcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət