2007-2019-cu illər ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə 25,1 milyon ton xam neft təchiz edilib. Bu barədə Energetika Nazirliyindən nəlumat verilib.
Bu gün energetika naziri Pərviz Şahbazov və diplomatik fəaliyyəti başa çatan İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananie arasında videokonfrans formatında görüş olub.
“Görüşdə Azərbaycan və İndoneziyanın enerji sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb. SOCAR ilə “Pertamina” şirkətləri arasında investisiya və neft-qaz yataqlarının inkişafı üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib”, - deyə məlumatda bildirilir.
Tərəflər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun imzalanmaya hazır olduğunu qeyd ediblər.
Sənədin İndoneziyanın energetika və mineral ehtiyatlar nazirinin Azərbaycana səfəri zamanı imzalanmasının məqsədəuyğunluğu diqqətə çatdırılıb.*
B.Rüstəmbəyov
Əliyev: Azərbaycan GUAM formatında çoxtərəfli əməkdaşlığın gücləndirilməsini təklif edir
Əliyev: Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq niyyətindəyik
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında artım qeydə alınıb
Portuqalıya kinoşirkəti «Story of Khojali» filmini ekranlaşdırıb
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Putin və Paşinyan Ermənistanda vəziyyəti müzakirə ediblər
RF MN-də hesab edirlər ki, “İsgəndər”in tətbiqi ilə bağlı Paşinyana yanlış məlumat verilib
Ermənistan müxalifətçiləri İrəvanın mərkəzi prospektində çadır qururlar
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Qarabağin bərpasinda “Rəqəmsal Nəslin” rolu
Qarabağın xristian memarlığı və onun abidələrinə təhdid
“Moskovski komsomolets”: Qarabağın işğalı zamanı ermənilər oradakı bütün rus kilsələrini dağıdıblar