2019-cu il ərzində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin xalis zərəri 1 mln. 704,0 min manat təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 19,2% azdır.
Cəmiyyətin 2019-cu il ərzində dərc edilmiş maliyyə hesabatına əsasən, QSC-nin hesabat ilində gəlirləri 20,701 min manat (azalma 29,6%), satışların maya dəyəri 978,216 min manat (artım 6,3 dəfə) təşkil edib.
1 yanvar 2020-ci il tarixinə QSC-nin aktivləri 7 mln. 16,079 min manat təşkil edir (artım 21,9%). Həmçinin, uzunmüddətli aktivləri 5 mln. 337,219 min manata (azalma 6,5%), qısamüddətli aktivləri 1 milyon 678,86 min manata bərabərdir (artım 34,6 dəfə).
1 yanvar 2020-ci il tarixinə cəmiyyətin kapitalı 6 mln. 580,086 min manat (artım 21,4%) təşkil edib. Cari ilin əvvəlinə mərkəzin səhmdar kapitalı 3 mln. manat (dəyişməyib), kapital qoyuluşları 12 mln. 169,175 min manat (artım 30,8%), yığılmış zərəri – 8 milyon 589,089 min manat (artım 24,8%) olub.
Cari ilin əvvəlinə öhdəlikləri 435,993 min manat təşkil edir (artım 31,2%).
Xəbər verildiyi kimi Azərbayc5n prezidenti İlham Əliyev 2014-cü il mayın 8-də “Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərib və aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir: nüvə elmləri, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsinə, müvafiq dövlət proqramı və layihələrinin hazırlanmasına dair Nazirliyə təkliflərin verilməsi və həyata keçirilməsi üzrə tədbirlərin görülməsi; dinc məqsədlərlə Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılması; dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarının, nüvə yanacağı dövriyyəsinin, istehsal texnologiyalarının və tətbiq sahələrinin yaradılması; nanomaterialların və radiasiya texnologiyalarının işlənilməsi, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqi. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət