Avropa cəmiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi barədə məlumatı zəifdir. Bunu PolşanınDemokratiya və İnsan Hüquqları üzrə Avropa Şurasının prezidentiYanuş Nedzvetski deyib.
“Dağlıq Qarabağ, Ermənistanda vəziyyət və Avropada bu məsələlər ilə bağlı kifayət qədər məlumatın olmaması barədə qeyd edərdim ki, buna səbəb turizm üçün Azərbaycanın kifayət dərəcədə populyar yer olmamasıdır. Əsasən Azərbaycanda vəziyyət barədə məlumatın olmaması məhz bununla əlaqədardır”, - Nedzvetski “Şərq tolerantlığı və kübar cəmiyyətin formalaşmasında Azərbaycanın təcrübəsi” mövzusunda Avropa-Azərbaycan onlayn konfransda bildirib.
Nedzvetski vurğulayıb ki, avropaplıların Azərbaycan barədə daha çox məlumatlandırılması üçün ilk növbədə turizm, ticarət, elm və mədəniyyət kimi müxtəlif sahələrdə qarşılıqlı münasibətləri inkişaf etdirmək lazımdır, bu da əməkdaşlıq üçün vəzifələrdən biridir.
Bavariya parlamentinin üzvü Ulrix Zinger həmçinin qeyd edib ki, Azərbaycanla Avropa, xüsusilə Almaniya ilə daha çox turizm əlaqələri təşkil etmək lazımdır. “Avropada biz sadəcə bu vəziyyət barədə kifayət qədər bilmirik, Avropa və ya Almaniyada küçələrdə adi insanlar sizin ölkənizdə vəziyyət barədə xəbərləri yoxdur. Azərbaycanla daha çox sayda turizm əlaqələri qurmaq lazımdır ki, insanlar səfər etsinlər və Bakının indi neçə gözəl olduğunu öz gözləri ilə görsünlər. Avropa və Azərbaycan arasında xüsusilə sadə vətəndaşlar səviyyəsində əlaqələrin qurulması çox vacibdir”, - Zinger vurğulayıb.
Milli Məclisin deputatı və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Kamal Cəfərov öz növbəsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Avropa parlamentariləri tərəfindən addımlar zəruridir. “Nəinki Avropa Parlamenti, bütün dünya Ermənistanı təcavüzkar kimi tanıyıb. Azərbaycan rəhbərliyinin icazəsi olmadan Dağlıq Qarabağ ərazisində reallaşdırılan istənilən layihə qeyri-qanunidir, beynəlxalq hüquqa ziddir və pislənməlidir. Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır, lakin əfsular olsun ki, biz hələ də Avropa Şurası tərəfindən qarşılıqlı cavabı hiss etmirik, xüsusilə Avropa Parlamenti işğalçı Ermənistan hakimiyyətinə siyasi təzyiq göstərməlidir”, - Cəfərov qeyd edib.
Deputatın sözlərinə görə, Avropanın Dağlıq Qarabağ problemi barədə dərindən məlumatlandırılmamasının səbəblərindəın biri də Ermənisan tərəfindən bu münaqişənin xristian və müsəlman qarşıdurması kimi təbliğidir.
Öz növbəsində, Azərbaycan Prezidenti Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma setorunun müdiri Fuad Axundov qeyd edib ki, Azərbaycan Avropadan dəstək alır, lakin bu işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsi məqsədilə BMT və ATƏT-in qətnamələrinin icrası üçün Ermənistana təsir göstərmək üçün kifayət qədər effektiv deyil. “Biz avropalı dostlarımızdan daha artıq fəallıq görmək istərdik, yalnız Avropa Parlamentindən deyil, həm də Avropa ölkələrinin parlamentlərindən (...) Avropa ölkələri milllətçiliyə (Ermənistanın siyasəti - İF) qarşı fəaliyyətlərini artırmalıdırlar (...) İndi biz Ermənistanda həyata keçirilən millətçilik siyasətini görə bilərik. Ermənistan Adolf Hitlerin nail olan bilmədiyi hədəfə çata bilər. Adolf Hitler Almaniyada monoetnik ölkə yaratmaq istədi, lakin buna nail ola bilmədi, lakin gördüyümüz kimi, hazırda Ermənistan monoetnik ölkədir. Adolf Hitler şəhərlərin adlarını dəyişmək istədi, lakin alınmadı, Ermənistan isə bütün şəhərlərin və iki mindən artıq toponim vcə hidronimin Azərbaycan adlarını erməni adlarına dəyişdi. Adolf Hitler Krakov,Paris, Praqa, Moskva, Sankt-Peterburq kimi gözəl şəhərləri məhv etmək istəyirdi və buna müvəffəq olmadı, Ermənistan isə Azərbaycan şəhərlərini məhv etdi. Bəlkə sizin xəbəriniz yoxdur, lakin Ermənistan bütün şəhərləri məhv edib, onlar ölkənin zahiri görünüşünü bütövlükdə dəyişiblər, müsəlman görünüşü xristiana, hətta xristian deyil, sovet dövrünün görünüşünə dəyişiblər, çünki həmin binaların əksəriyyəti Sovet İttifaqın dövründə inşa olunub”, - Axundov bildirib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov həmçinin əlavə edib ki, Avropa Şurasının mövqeyi, digər ölkələrin mövqeləri kimi kifayət qədər sərtdir, hamı təsdiq edir ki, Dağlıq Qarabağın ərazisi Azərbaycana məxsusdur, eyni zamanda AŞ bu münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün kifayət qədər addım atmır. Əsasən, müxtəlif siyasi sahələrdə, ilk növbədə KİV-də erməni diasporunun güclü təsirinə görə. “Yeri gəlmişkən, Avropada ictimai rəyin həmin problemlər və Dağlıq Qarabağ kimi, onun ətrafındakı 7 rayonun da Ermənistan tərəfindən işğal edilməsi barədə xəbərdar olmamasının səbəbidir”, - Markov qeyd edib.
Bolqarıstan parlamentinin üzvü və Bolqarıstan hökumətinin keçmiş baş naziri Rumen Qeçev öz növbəsində qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi “daha çox dini deyil, ərazi müstəvisindədir və problem BMT-nin qaydaları və prinsipləri və beynəlxalq hüquqa uyğun həll olunmalıdır”. **
X.Nəsirzadə
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət