Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı Hesablama Palatasının tövsiyyələrini nəzərə alaraq 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilmiş nöqsanları aradan qaldırıb. Bu barədə Palatadan məlumat verilir.
“2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılıb, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün hesablanmış 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilib”, - Hesablama Palatasının 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən icrası vəziyyətinə dair uyğunluq auditində qeyd olunur.
Palatanın rəyində deyilir ki, 2018-2019-cu illərdə təchizatçılar tərəfindən bəzi hallarda bağlanmış müqavilələrdə yararlıq müddəti ilə bağlı şərtlərə uyğun dərman preparatları və tibbi təyinatlı vasitələr təhvil verilməyib, 2019-cu ilin sonuna isə anbarda qalan 4 773,9 min manat məbləğində dərman preparatlarının və tibbi təyinatlı vasitələrin yararlıq müddəti 7-53% arasında olub.
Bundan başqa, 2019-cu ildə bağlanılmış müqavilələrdə alınacaq dərman vasitələrinin yararlıq müddəti əsas göstərilmədənendirilib, Həmçinin 2018-ci ildə 1 milyon 272,2 min manat, 2019-cu ildə isə 309,1 min manat dəyərində dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmayıb
Həmçinin, aşkar olunub ki, “2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”, “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə nəzərdə tutulmuş bəzi tədbirlərin müəyyən olunmuş müddətdə icrası təmin edilməyib, eləcə də alınmış dərman vasitələrinin bölüşdürülməsi zamanı mövcud normativlərin tələblərinə əməl olunmaması, səhiyyə müəssisələri üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir xəstəyə düşən xərclər əhəmiyyətli dərəcə də fərqli olub. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət