Energetika Nazirliyi ölkə ərazisində üzən günəş fotovoltaik stansiyalarının quraşdırılması imkanlarını öyrənəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Hazırda Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi ilə bağlı işlər davam etdirilir. Layihə çərçivəsində Böyükşor gölünün səthində 800 m2 sahədə günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Böyükşor gölündə 100 kVt-lıq gücündə pilot üzən günəş stansiyasının tikilib istifadəyə verilməsi ilə yanaşı, ölkə üzrə üzən günəş fotovoltaik sistemlərinin ümumi potensialının hesablanması və Böyükşor gölündə daha böyük gücə malik üzən günəş fotovoltaik stansiyasının texniki-iqtisadi əsaslandırılmasının işlənib hazırlanması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Yerli potensial podratçıların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, qurğuların istifadəsi ilə bağlı potensialın artırılması ilə əlaqədar müzakirələr aparılıb.
“Böyükşor gölünün yaxınlıqda yerləşən mövcud və tikintisi planlaşdırılan 220/110/35 kV-luq yarımstansiyalar vasitəsilə elektrik enerjisi şəbəkəsinə qoşulmanın mümkünlüyü barədə rəyin bildirilməsi və qoşulma üçün texniki şərt verilməsi üçün “Azərenerji” ASC-yə müraciət edilib”, - deyə məlumatda qeyd olunur.
Energetika Nazirliyi Asiya İnkişaf Bankı ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsini 2021-ci ilin mart ayınadək başa çatdırmağı nəzərdə tutur.
Layihə çərçivəsində günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi və müasir norma və prinsiplərin də tətbiqi nəzərdə tutulub.
Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azərbaycanın enerji sisteminin ümumi gücü 7,144 min MVt təşkil edir, bunun 17%-i bərpa olunan enerji mənbələrinin payına düşür. Ölkədə elektrik enerjisinin faktiki istehsalında bərpa olunan enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla 8,2% təşkil edir.
Energetika Nazirliyinin qarşısında elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması vəzifəsi durur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət