2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana 590,1 min turist gəlib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Tusit axının bu dərəcədə azalması Covid-19 koronavirus pandemiyası və 2020-ci ilin mart ayından qüvvədə olan Azərbaycana giriş-çıxışın qadağan edilməsi ilə əlaqədardır.
Yanvar-iyun aylarında gələnlərin 29,7%-i Rusiya Federasiyası, 26,7%-i Gürcüstan, 14,5%-i Türkiyə, 7%-i İran, 2,1%-i Hindistan, 2%-i isə Səudiyyə Ərəbistanı, 2,1%-i Ukrayna, 1,3%-i BƏƏ, 1,3% Pakistan, 1,2% Küveyt, 1,2% Qazaxıstan, 1,1% Türkmənistan, 0,8% İraq, 0,9% Böyük Britaniya, 0,8% Özbəkistan, 0,6% İsrail, 5,9% digər ölkələr, 0,1%-i isə vətəndaşlığı olmayan vətəndaşları olub.
Gələnlərin 76,2%-ni kişilər, 23,8%-ni isə qadınlar təşkil edib.
6 ay ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4 dəfə azalaraq 16,7 min nəfər, Fars körfəzi ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər olub.
Yanvar-iyun aylarında Azərbaycana gələn turistlərin 68%-i dəmir yolu və avtomobil, 30,4%-i hava, 1,6%-i isə dəniz nəqliyyatından istifadə edib.
Bu dövrdə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,6 dəfə -973,4 min nəfərə qədər azalıb. Ölkə vətəndaşlarının 33,2%-i İrana, 29,6%-i Gürcüstana, 20,5%-i Rusiya Federasiyasına, 9,5%-i Türkiyəyə səfər edib.
“2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,7%-i dəmir yolu və avtomobil, 16,6%-i hava, 1,8%-i isə dəniz nəqliyyatından istifadə edib”, - DSK-dan vurğulanır.**
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət