SOCAR iyulun sonunda Belarusa yeni partiya Azərbaycan nefti göndərməyi planlaşdırır.
"Biz təxminən 30-31 iyul tarixlərində Gürcüstanın Supsa limanından Belarusa bir partiya neft göndərməyi planlaşdırırıq", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib.
Onun sözlərinə görə, göndəriləcək neftin həcmi təxminən 650 min barel təşkil edəcək.
Xəbər verildiyi kimi, “SOCAR Trading” mart-aprel aylarında Odessa limanından Odessa-Brodı neft kəməri vasitəsilə Belarusun “Belneftexim” konserni üçün Mozır neft emalı zavoduna ümumi həcmi 335 min tona yaxın 4 partiya neft (mart ayında təxminən 250 min ton həcmində 3 partiya, aprel ayında 85 min ton həcmində 1 partiya) göndərilib.
İyunda SOCAR Supsa limanından Mozır neft emalı zavoduna 85 min ton neft yola salıb.
“Belneftexim”in məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.
Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.*
N.Abbasova
KOBİA-nın sədri: Sahibkarlar Qarabağda biznes qurmağa hazırdılar
Ayvazyan Azərbaycandan xahiş edir ki, erməni hərbçilərini əfv etsinlər və qaytarsınlar
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayı azalmağa davam edir
Baş Prokurorluq Bakıda fiziki şəxsin qanunsuz bank fəaliyyətinə görə cinayət içi açıb
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayı azalır
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Tsarukyan RF-nin səfiri ilə Ermənistanda və regionda vəziyyəti müzakirə edib
Fevralda Qarsda keçiriləcək Azərbaycan və Türkiyə hərbi təlimləri Ermənistanı qorxudub
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı.
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək