"SOCAR Polymer" MMC $200 milyon məbləğində istiqrazın emissiyasını həyata keçirib. Bu barədə sövdələşmənin strukturlaşdırılması və ümumi koordinasiyasının aparılmasında əsas məsləhətçi qismində çıxış edən "PAŞA Bank"dan məlumat verilir.
“Azərbaycanın istiqraz bazarında 200 milyon ABŞ dolları dəyərində emissiya 2020-ci ilin 9 iyul tarixində baş tutmuşdur. Yerləşdirmə "PAŞA Kapital İnvestisiya Şirkəti" və "PSG Kapital İnvestisiya Şirkəti" QSC-lərin anderrayterliyi ilə baş tutub”, - bankdan bildirilir.
İstiqrazlar 5 il müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək
Qiymətli kağızları 8 yerli bank - "PAŞA Bank", "Azərbaycanın Beynəlxalq Bankı", "Xalq Bank","Kapital Bank", "Bank Respublika", "Rabitəbank", "Ziraat Bank Azərbaycan" və "Bank of Baku" ASC-lər əldə edib.
Qeyd olunan vəsait “SOCAR Polymer”-in maliyyə portfelinin optimizasiyası məqsədilə Qazprombank SC-dən cəlb edilmiş kredit vəsaitinin bir hissəsinin yenidən maliyyələşdirilməsinə sərf olunmuşdur. Beləliklə, “SOCAR Polymer” şirkətinin maliyyələşmə portfelinə Azərbaycan bankları da cəlb olunmuşdur.
"$200 milyon məbləğində istiqrazın emissiyası hazırkıdövrdə ölkədə və dünyada koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar işgüzar fəaliyyətin müvəqqəti azalması fonunda xüsusi əhəmiyyət kəsb edir”, -"PAŞA Bank"ın İdarə Heyətinin sədriTaleh Kazımovsövdələşməni şərh edərkən bildirib.
Bank tərəfindən sövdələşmənin digər təfərrüatları barədə məlumat verilmir.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Yeni saziş nəzərə alınmaqla, şirkətin kapitaında SOCAR-ın payı 47,2% təşkil edir. "Vitol Black Sea V.L.L” (19%), “Tekfen” (10%), “PASHA Holding” (9,9%), “Ecoland” (9,8%), “Polimer Investment” (5%) və AKKIK (4,1%) də səhmdarlar sırasındadır.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında istifadəyə verilən SOCAR Polymer zavodunda istehsal olunur. Zavodun layihə gücü illik 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında layihə gücü ildə 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı zavodu işə salınıb.
SOCAR “SOCAR-Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen zavodunun tikintisinin maliyyələşdirilməsi üçün Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə $489 mln. manat məbləğində kredit cəlb edib. 2015-ci il iyunun 19-da zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş imzalanıb.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. “SOCAR Polymer” şirkətinin bu zavodların fəaliyyətindən $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət