İyul-avqust aylarında Azərbaycana əlavə 100 ədəd təcili tibbi yardım maşını gətiriləcək. Bunu Azərbaycanın baş naziri Əli Əsədov deyib.
“Əhalinin “Təcili Tibbi Yardım” Stansiyasına müraciətlərinin sayının artması ilə əlaqədar 84 ədəd avtomobil alınaraq tibb müəssisələrinə verilib. İyul-avqust aylarında Azərbaycana daha 100 ədəd təcili tibbi yardım maşını gətiriləcək”, - Əsədov çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Həmçinin, Əsədov qeyd edib ki, hazırda Azərbaycanın 35 regionunun 50 xəstəxanasında koronavirus xəstələrinin müalicəsi aparılır.
“İndiyədək Azərbaycana 50 milyon ədəddən artıq maska idxal olunub. Daxili istehsal isə 10 milyon ədəd təşkil edib. Hazırda ölkə üzrə maska ehtiyatı 14 milyon ədəddən çoxdur. O cümlədən, daxili istehsal davam edir”, - Əsədov bildirib.
O, həmçinin məlumat verib ki, hazırda koronavirus xəstələrinin müalicəsi üçün 10 mindən artıq çarpayı ayrılıb.
“Əgər cari ilin fevral ayında ölkədə koronavirusun aşkar edilməsi üzrə cəmi 6 ixtisaslaşmış laboratoriya olubsa, bu da gündə 1 minə yaxın test keçirməyə imkan verib. Hazırda Azərbaycanda artıq 30 bu cür laboratoriya yaradılıb, onların imkanları hümdə 10 mindəın artıq testkeçirməyə imkan yaradır. Bundan başqa, 300 ədəd süni tənəffüs aparatı alınıb”, - baş nazir bildirib.
Həmçinin, Əsədov məlumat verib ki, koronavirusla mübarizə məqsədilə səhiyyə sahəsinə ümumilikdə 250 milyon manat ayrılıb.
Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 25,672 min nəfər, sağalanların – 16,695 min nəfər, vəfat edənlərin – 326 nəfər təşkil edir. Hazırda 8,651 min nəfər xüsusi rejimli xəstəxanalardadır. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət