"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu gün Azərbaycanın suveren reytinqinə yenidən baxılmasının yekunları üzrə bu reytinqi ehtimal ki, "BB+" səviyyəsində (proqnoz "Mənfi") təsdiq edəcək. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, "Qazprombank"ın analitikləri belə hesab edirlər.
Bankın icmalına əsasən, “Qazprombank” hesab edir ki, bu qərarın lehinə olan əsas arqumentlər bunlardır: xarici böhran hallarına baxmayaraq, makroiqtisadi sabitlik və beynəlxalq ehtiyatlarla yüksək təminat. Bununla yanaşı, neftin qiymətinin bərpası və əhalinin devalvasiya gözləntilərinin zəifləməsi nəticəsində Azərbaycan “Fitch” tərəfindən reytinqin mümkün yüksəldilməsi şərtlərindən birinin yerinə yetirilməsinə yaxınlaşıb.
"Mart ayında əhalinin devalvasiya gözləntilərinin artması ilə bağlı sıçrayışdan sonra Azərbaycan Mərkəzi Bankının (AMB) hərraclarında xarici valyutaya tələb Mərkəzi Bankın və hökumətin xarici neqativ hallara baxmayaraq, məzənnəni sabit saxlamaq niyyətini əks etdirən kommunikasiya siyasəti sayəsində normallaşdı. İyulun 14-də keçirilmiş hərracın nəticələrinə görə, valyutanın satış həcmi $56,6 milyon təşkil edib ki, bu da martın 10-da qeydə alınmış pik göstəricidən ($323 milyon) 5,7 dəfə azdır. Neftin qiymətinin tədricən bərpası və AMB-nin milli valyutada likvidliyi tənzimləyən alətləri Azərbaycan manatını dəstəkləməyə davam edir", - deyə bankın icmalında bildirilir.
Bankın analitikləri hesab edirlər ki, xarici böhran halları şəraitində Azərbaycan MDB ölkələri arasında beynəlxalq ehtiyatlarla ən çox təmin olunmuş və milli valyutanı dəstəkləmək üçün kifayət qədər ehtiyatlara malik ölkələrdən biri olaraq qalır. İyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının qızıl valyuta ehtiyatları Dövlət Neft Fondunun aktivləri nəzərə alınmaqla $49,6 milyard təşkil edib və ÜDM-nin 100%-ni ötüb (57,5 aylıq idxalı təmin edir).
Aprel ayında "Fitch"in reytinq üzrə proqnozunun "Mənfi"yə dəyişdirildiyi neft şoku geridə qalıb. Neft bazarında vəziyyət sabitləşib. Avqustda tələbin bərpası şəraitində hasilatın məhdudlaşdırılmasının zəiflədilməsi ilə bağlı OPEC+ ölkələrinin dünənki qərarından sonra neftin qiymətinin artım tendensiyasının saxlanması bunu göstərir.
“"Brent” markalı neftin qiyməti “Fitch” tərəfindən proqnozun aşağı salındığı aprel ayının ortalarında qeydə alınmış minimum səviyyə ilə müqayisədə iki dəfədən çox artıb. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının neftin qiymətinin kəskin azalması şəraitində manatın sabit məzənnəsinin qorunub saxlanması üzrə ardıcıl siyasəti təkrar neft şokları zamanı əhalinin devalvasiya gözləntilərinin artmasının qarşısını almağa və bununla da makroiqtisadi sabitliyi təmin etməyə imkan verəcək. Buna görə də biz iyulun 17-də “Fitch” agentliyi tərəfindən Azərbaycanın reytinqinin "BB+" səviyyəsində (proqnoz “Mənfi”) təsdiqlənəcəyini gözləyirik, lakin neftin qiymətinin sabitləşməsini və daxili valyuta bazarında vəziyyətin normallaşmasını nəzərə alaraq, noyabrda növbəti yenidən baxışın yekunları üzrə "Stabil" proqnozun bərpa ediləcəyini istisna etmirik", - deyə icmalda vurğulanır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət